Rusiya Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərqi Guta bölgəsində vəziyyət üzrə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirməyi təklif edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, təklifi Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya səsləndirib.

Qeyd edək ki, bu gün BMT-nin Baş katibi Antoniu Quterriş Şərqi Guta bölgəsində vəziyyətin kəskin pisləşməsi ilə narahatlığını ifadə edib. Xəbərlərə görə, aviazərbələr və atəşlər nəticəsində son iki gün ərzində 100-dən çox insan həlak olub. BMT-nin baş katibi Rusiya, İran və Türkiyəni bu rayonda atəşin dayandırılmasına nail olmağa çağırıb.

Ömər Dağlı