Britaniya da kriptovalyutaları tənzimləmək qərarına gəlib

Britaniya da kriptovalyutaları tənzimləmək qərarına gəlib
14:17 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Britaniyalı qanunvericilər kriptovalyutalarla bağlı araşdırmalara başlayıblar. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, Britaniya yeni texnologiyanın tənzimlənməsi üçün kriptovalyutaların üstünlükləri, riskləri təhlil etmək qərarına gəlib.
Britaniya Xəzinədarlığının Parlament Komitəsi "bitcoin"in və digər "altcoin"lərin banklara və istehlakçılara təsirini araşdıraraq, kriptovalyutaların ənənəvi pulları nə dərəcədə əvəz edə biləcəyini öyrənmək istəyir. Komitənin 11 üzvü kriptovalyutalar üzərində nəzarətin yaradılmasını düşünür. Belə ki, onlar kriptovalyuta bazarının kifayət qədər şəffaf olmadığını hesab edirlər.
Konservatorlardan olan qanunverici və Komitənin üzvü Niki Morqan (Nicky Morgan) bildirib ki, "bitkoin və digər kriptovalyutalar getdikcə populyarlaşır. Lakin, heç kim özünə hesabat vermir ki, bu aktivlər Birləşmiş Krallıq tərəfindən tənzimlənmir. Hazırda istehlakçıların və şirkətlərin qorunması üçün doğru balansın qurulması vacib məsələdir. Həmçinin, blokçeyn texnologiyasının maliyyə institutları və Mərkəzi Banka təsiri öyrənilməlidir".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/britaniya-da-kriptovalyutalari-tenzimlemek-qerarina-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR