Sağlamlığınıza qovuşmaq artıq daha asan olacaq - Rhazes Global şirkətilə

Xaricdə səhiyyənin verdiyi üstünlüklərdən yararlanaraq sağlamlığına qovuşmaq istəyən şəxslər Rhazes Global şirkətinin təklif etdiyi imkanlardan yararlana bilərlər.

Rhazes Global şirkətinin direktor müavini Elvin Məmmədov Metbuat.az-ın şirkətin fəaliyyəti ilə bağlı sualları cavablandırıb:

- Rhazes Global şirkətinin xidmət sahəsi nədən ibarətdir?

- Rhazes Global xaricdə müalicə üzrə regionun aparıcı şirkətidir. Rhazes Global pasiyentlərin bütün xəstəlik prosesinin hakimi kimi ən doğru və ən yaxşı xidmətləri ala biləcəyi həkim və xəstəxananı seçir. Xəstə tərəfindən bu xəstəlik üçün xüsusi seçilmiş həkimlə lazımi ilkin danışıqlar aparır. Ölkə xaricində bütün növ əməliyyat və müalicə üçün ən aşağı qiymət, yüksək keyfiyyət və əlavə turizm xidmətləri göstərir. Statistikaya əsasən qeyd edə bilərik ki, bu günə qədər şirkətin xidmətlərindən istifadə edərək xaricdə müalicə alanların sayi 1000-nin üzərindədir.

- Rhazes Global şirkətinin xarici partnyorları və fəaliyyət göstərdiyi ölkələr hansılardır?

- Rhazes Global 2012-ci ildən etibarən Qafqaz və Baltikyanı ölkələrdə xaricdə müalicə sahəsi üzrə fəaliyyət göstərən beynəlxalq bir şirkətdir. Şirkət Türkiyə, İsrail, Almaniya, Böyük Britaniya, İsveç və digər Avropa ölkələrində yüksək standartlara cavab verən, ölkələrinin ən nüfuzlu xəstəxanaları ilə əməkdaşlıq etməkdədir. Onuda qeyd etmək istərdim ki, şirkətin əsas tərəfdaşı Vehbi Koç Fondu Sağlamliq Qurumlarının xəstəxanaları olan Amerikan Xəstəxanası və Koç Universiteti Xəstəxanasıdır. Həmçinin Azərbaycan, Gürcüstan, Litva və Türkiyədə ofislərimiz möcuddur. Hər bir ofisimizdə təcrübəli və professional komanda pasiyentlərin bütün istəklərini vaxtında və dəqiq tamamlamaq üçün 7 /24 çalışır.

- Şirkətin fəaliyyət sadəcə pasiyent mübadiləsi üzərinə köklənib yoxsa səhiyyə sahəsində hər hansı əlavə fəaliyyətlər, layihələr həyata keçirirsiniz?

- Bəli, pasiyent fəaliyyətdən əlavə şirkət təhsil və sosial sahələrdə də bir çox layihələr həyata keçirməkdədir. Belə ki, təhsil sahəsində şirkət fəaliyyət göstərdiyi ölkələrin yerli həkimlərinin əməkdaşlıq etdiyi xəstəxanalara, universitet xəstəxanalarında təcrübə proqramları keçməklərində yardımçı olur. Hətta şirkət mütamadi olaraq fəaliyyət göstərdiyi ölkələrdə də elmi-tibbi konfranslar təşkil etməkdədir. Bu konfransların əsas məqsədi yerli həkimlərin və tibb tələbələrinin təhsil, bilik mübadilələrinə dəstək göstərməkdir. Bununla yanaşı şirkət fəaliyyət göstərdiyi ölkələrin dövlət qurumları, böyük biznes qurumları, qeyri hökümət təşkilatları, sığorta şirkətləri ilə də ortaq layihələr üzərinə sıx əməkdaşlıq etməkdədir.

- Qeyd etdiniz ki, Rhazes Global regional bir şirkətdir. Bəs şirkətin beynəlxaq müstəvidə fəaliyyətləri olurmu?

- Rhazes Global, artıq beynəlxaq müstəvidə də söz sahibi olan şirkətlər arasındadır. Elə məhz bir neçə gün bundan öncə, 15-16 fevral tarixində Berlində keçirilən və Rhazes Globalında rəsmi tərəfdaşı olduğu "4-cü İllik Tibbi Konfransı" misal göstərmək olar. Avropanın iyirmi beş ölkəsindən yetmişdən çox tibbi işçilərin, tibbi təşkilat və fondların, beynəlxaq tibbi akreditasiya şirkətlərinin iştirak etdiyi konfransda Rhazes Globalın fəaliyyəti haqqında geniş təqdimat həyata keçirilmişdir. Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmiş və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Bu il şirkətin tədbirlər planında beş beynəlxalq tədbirin keçirilməsi hədəfi vardır ki, buda iyi yüz əllidən çox tibbi qurumu və mindən çox iştirakçını, şəbəkəni əhatə edəcəyini düşünürük.

Yuxarıda qeyd etdiklərimiz onu deməyə imkan verir ki, “Biz sadə bir tibbi turizm şikətindən daha geniş və çox profilli bir qurumuq”. Çünki bizim işimiz gücümüz sağlamlıqdır.


Dollarla götürülən PROBLEMLİ KREDİTLƏR - Həll olunur? – oxumaq üçün təklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR