Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
D.Yaukoviçin "Facebook" səhifəsində onun Yuqoslaviyanın "müdafiə və təhlükəsizlik sahəsindəki xidmətlərinə görə" medalı ilə təltif edildiyi göstərilib. Təltif diplomunu dövlətin həmin vaxt prezidenti olmuş Slobodan Miloşeviç imzalayıb. Paylaşımlara əsasən, D.Yaukoviç Monteneqronun NATO-ya daxil olmasının əleyhinə olub.
Xatırladaq ki, dünən gecə D.Yaukoviç Podqoritsadakı ABŞ səfirliyinin həyətinə partlayıcı qurğu, ehtimal ki, qumbara atıb və sonra intihar edib. Hücumun motivləri müəyyənləşdirilir.