"Lokomotiv" "Nitsa"nı məğlub edərək Avroliqanın 1/8 finalına çıxıb

"Lokomotiv" "Nitsa"nı məğlub edərək Avroliqanın 1/8 finalına çıxıb
23:47 22 Fevral 2018
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" klubu Moskvada Fransa "Nitsa"sını məğlub edərək futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.
“Report” xəbər verir ki, "RJD Arena" stadionunda keçirilən matçda yeganə qolu 32-ci dəqiqədə yarımmüdafiəçi İqor Denisov vurub.
Komandaların bir həftə əvvəl Fransada keçirilən ilk qarşılaşması da Rusiya klubunun qələbəsi ilə başa çatmışdı - 3:2.
Beləliklə, Rusiya komandası Avropa Liqasında mərhələ adlayan tərəf olub.
Avropa Liqası. 1/16 final. Cavab qarşılaşması
"Lokomotiv M" – "Nitsa" - 1:0


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/lokomotiv-nitsa-ni-meglub-ederek-avroliqanin-1-8-finalina-cixib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR