Terrorçulara ağır zərbə

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrinə irəliləyən 30-40 maşınlıq terror təşkilatı konvoyunun 15 km qalmış vurulduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən açıqlamaya görə, PKK / KCK / PYD-YPG və İŞİD terror təşkilatlarına aid silah-sursat daşıyan konvoy Afrinin cənub-şərqində şəhərə yaxınlaşarkən izlənilib.

Açıqlamada, konvoyun şəhərdən 15 km məsafədə qurudan atəş açılaraq vurulduğu da yer alıb:

"Əməliyyatı zamanı yalnız PKK / KCK / PYD-YPG və İŞİD terror təşkilatlarına aid konvoy hədəf alınıb və hər zaman olduğu kimi vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilib".

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR