“Niderlandın qərarının heç bir hüquqi qüvvəsi və etibarlılığı yoxdur”

Türkiyə Xarici İşlər Nazirliyi Niderland parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasını şiddətlə qınayıb.

Metbuat.az-ın məlumatına görə, XİN-in bəyənatında deyilir: “Niderland parlamentinin Nümayəndələr palatasının 1915-ci il hadisələrini “soyqırımı” kimitanınmasına dair qətnamə qəbul etməsini şiddətlə pisləyirik. Avropanın ortasında Srebrenitsada acısı hələ də azalmayan soyqırıma göz yuman bir ölkənin məclisinin verdiyi əsassız qərarın nə tarixdə, nə də ədalətdə yeri var. Bu səbəbdən də bu qərarın heç bir hüquqi qüvvəsi və etibarlılığı yoxdur”.

Açıqlamada deyilir ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı mövqeyi tarixi faktlara və hüquqi normalara söykənir: “Avropa qanunvericiliyi, Avropa İnsan Haqları Məhkəməsinin qərarları, bu barədə haqlı olduğumuzu bir daha ortaya qoyur”.

Qeyd edək ki, Niderland parlamenti qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib. Ölkənin XİN başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Siqrid Kaaq bildirib ki, hökumət parlamentin qərarını təkrarlamayacaq: "Nazirlər kabineti təmkin göstərməyə davam edəcək. Hər iki ölkə birgə fəaliyyət göstərməli, qarşılıqlı razılaşma üçün addımlar atmalı və hadisələri araşdırmalıdır”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR