Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, 24.02.2018 tarixindən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.
Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.
Belə dəfn mərasimi görülməyib - Atası ateist olduğu üçün... / FOTO - Oxumaq üçün tıkla