Bakıda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib
17:22 23 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
“Report” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Sabahdan qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişikliyə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bakida-bezi-avtobuslarin-hereket-sxemi-muveqqeti-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR