720 min arakanlı uşağın taleyi təhlükə altındadır -

BMT-nin YUNİSEF Uşaq Fondu dünya ictimaiyyətini arakanlı uşaqlara təcili kömək etməyə çağırıb.

Metbuat.az-ın məlumatına görə, qurumun hesabatında qeyd olunur ki, Myanmada davam edən münaqişə və Banqladeşdəki siklon mövsümüylə əlaqədar 720 min uşağın taleyi təhlükə altındadır. Əgər Rohinya müsəlmanlarının problemləri həll olunmasa, böhran daha bir neçə il uzana bilər.

Bildirilir ki, hazırda Arakanda 185 min, Banqladeşdəki düşərgələrdə isə 534 min arakanlı uşaq acından ölməmək üçün mübarizə aparır. Bu üzdən həmin körpələrə təcili humanitar yardım çatdrılmalıdır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR