21:57

Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində 18 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyinə tibbi mənbələrdən bildirilib.

Məlumata əsasən, indiyədək 18 nəfər öldüyü, 20 nəfərin yaralandığı təsdiqlənib.

---------

21:02

Somalinin paytaxtı Moqadişo şəhərində iki güclü partlayış olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi xəbər verib.

İlkin məlumata görə, prezident sarayı yaxınlığında terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Bundan sonra daha bir partlayış baş verib, atışma səsləri eşidilib.

Ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir.

Milli.Az