Somalinin paytaxtı Moqadişo şəhərində iki güclü partlayış olub.
Metbuat.az-ın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.
İlkin məlumata görə, prezident sarayı yaxınlığında terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Bundan sonra daha bir partlayış baş verib, atışma səsləri eşidilib.
Nəticədə azı 18 nəfər həlak olub. 20 yaralı var.