Tramp Ağ Evin yaxınlığındakı hadisədən sonra Məxfi Xidmətə təşəkkür edib

Tramp Ağ Evin yaxınlığındakı hadisədən sonra Məxfi Xidmətə təşəkkür edib
05:02 24 Fevral 2018
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ağ Evin qarşısında baş vermiş hadisədən sonra Məxfi Xidmətə təşəkkür edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Twitter"də yazıb.
"Məxfi Xidmətin yaxşı kişiləri və qadınları əla işlərinə görə sağ olsunlar", - deyə Tramp özünün "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, ötən gün qadın sürücü idarə etdiyi avtomobillə Ağ Evin ərazisinə daxil olmaq istəyib. O, saxlanılıb.
Saxlanılan şəxs kiməsə zərər vurmaq niyyətində olmayıb. Daha əvvəl bildirilib ki, o, psixi xəstəlikdən əziyyət çəkir.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-ag-evin-yaxinligindaki-hadiseden-sonra-mexfi-xidmete-tesekkur-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR