Somalinin paytaxtı Moqadişoda 2 partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 18 nəfər həlak olub, daha 20 nəfər xəsarət alıb.

Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

"Aş-Şəbab" terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Qruplaşma Somali hökümətinə qarşı silahlı mübarizə aparır və BMT-in ölkədə humanitar fəaliyyətinə mane olur.

Milli.Az