BMT Təhlükəsizlik Şurası Suriyada atəşkəsə dair qətnamə layihəsinə bu gün, Nyu-York vaxtı ilə saat 12:00-da səs verəcək.
Metbuat.az xəbər verir ki, İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuq bildirib ki, Təhlükəsizlik Şurasının üzvləri mübahisəli məsələləri hələ ki, həll edə bilməyiblər.
Qeyd edək ki, fevraldan Təhlükəsizlik Şurasında sədrlik edən Küveyt diplomatı Mənsur Ayad əl-Uteybi bildirib ki, əsas ziddiyyətlər atəşkəsin qüvvəyə minmə tarixi və onun müddəti ilə bağlıdır.