Əfqanıstanda güclü partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, ölkənin cənubunda yerləşən Gilmənd vilayətində baş verən partlayış nəticəsində 1 nəfərin ölüb, 10 nəfər yaralanıb. İntiharçı-terrorçu tərəfindən törədilən partlayış nəticəsində iki yerli televiziya stansiyasına da ziyan dəyib. Yaralananlar arasında məktəblilərin də olduğu bildirilir.