Müsavat Partiyası başqanının sabiq müavininin qardaşını avtomobil vuraraq öldürüb
Paylaş
·120 baxış·1 dəq oxu
Bakı. 24 fevral. REPORT.AZ/ Müsavat Partiyasının başqanının sabiq müavini, partiyanın Divan üzvü Elman Fəttaha ağır itki üz verib. “Report”un xəbərinə görə, onun qardaşı Əziz Fəttahı Bakının Nəsimi rayonunda “3-cü mikrorayon dairəsi” adlanan ərazidə maşın vurub. O, hadisə yerində ölüb. Mərhum Şəkidə dəfn olunacaq.