IMF-in missiyası Bakıda seminar keçirib

IMF-in missiyası Bakıda seminar keçirib
15:12 24 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndəsi Xose Kartas tərəfindən Palata və Mərkəzi Bank (AMB) əməkdaşlarına “Maliyyə sağlamlığı indikatorları” (MSİ) mövzusunda geniş seminar keçirilib.
“Report”un Palataya istinadən verdiyi xəbərə görə, seminar IMF-in statistika missiyası (19 fevral – 2 mart 2018) çərçivəsində təşkil edilib.
Seminarda MSİ metodologiyasının əsas xüsusiyyətləri, bu metodologiyanın Bazel prinsipləri ilə uyğunluğu, uçot prinsipləri, maliyyə və qeyri-maliyyə təşkilatlarının maliyyə indikatorlarının MSİ üzrə icmallaşdırılması, habelə beynəlxalq təcrübə ətraflı müzakirə olunub. Seminar zamanı bir sıra praktiki məsələlərə toxunulub, iştirakçılar bu məsələlərin həllində  iştirak ediblər.
Seminarın davamı olaraq növbəti həftə ərzində iştirakçılar üçün praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-in-missiyasi-bakida-seminar-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR