“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 408,7 mln. manatı və ya 88,9%-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Norveç sərmayədarlarına məxsus olub. Rəsmi statistikaya əsasən, xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlər ölkə iqtisadiyyatına yatırılan cəmi investisiyanın 47,9%-ni əhatə edib.
Hesabat ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 52,1%-ni təşkil edib. Ümumi sərmayənin 19,5%-i dövlət, 80,5%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,4%-i tikinti-quraşdırma işlərinə sərf edilib.