Somalidə iki partlayış 38 can aldı

Somalidə iki partlayış 38 can aldı
20:19 24 Fevral 2018
92 Digər
Ölkə mətbuatı
A- A+

Somalinin paytaxtı Moqadişo şəhərində törədilən iki partlayış nəticəsində 38 nəfər ölüb, 20 nəfər yaralanıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mina quraşdırılmış iki avtomobil insanların  sıx cəmləşdiyi ərazidə partladılıb. Məlumata görə, avtomobillərdən biri prezident sarayı yaxınlığında, digəri isə otelin qarşısında partladılıb. Partlayışlardan sonra hadisə yerində atəş səsləri eşidilib.

 

“Əş Şəbab” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR