“Report” xəbər verir ki, çempionatda daha iki mükafat dəsti qalmaqdadır.
Finalda Almaniya hokkeyçiləri Rusiya komandası ilə görüşəcək, matç Bakı vaxtı ilə saat 8:10-da başlayacaq. Bundan başqa, bu gün almanların qadınların klassik üslubda keçiriləcək marafon yarışında medal qazanmaq şansları da var. Meydana start heyətində Ştefani Böler, Katarina Henniq və Viktoriya Karl çıxacaq.
Keçmiş SSRİ yığması (1976) və Norveç millisinin (2002, 2018) hesabında 13 qızıl medal dəsti var.