Play Store

​Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin - BƏYANATI

Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun bu ilin yanvar ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfərini və qondarma rejimin təmsilçiləri ilə görüşməsini Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi qiymətləndiririk.

Məlumdur ki, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəklənir. Bu halda Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və onların işğal olunmuş ərazilərdə cinayətkar rejimlə qurduqları əlaqələr Azərbaycan tərəfindən anlaşılan deyildir.

Çox təəssüflə qeyd edirik ki, fevral ayının 27-də Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı Tufenkian Foundation, Armenian Legal Center for Justice and Human Rights və European Armenian Federation for Justice and Democracy adlı erməni lobbi təşkilatlarının dəstəyi ilə tədbirin keçirilməsi planlaşdırılıb.

Bundan başqa, fevral ayının 28-də Avropa Parlamenti binasında, AP-nin üzvü Frank Engelin təşkilatçılığı ilə “Dağlıq Qarabağ və Aİ: 1988-2018” mövzusunda tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbir, The Armenian General Benevolent Union və European Friends of Armenia adlılobbiqruplarınınsponsorluğuiləhəyatakeçiriləcək. XX-ci əsrinəndəhşətlifaciələrindənbirikimitarixədüşənXocalıfaciəsinin 26-cı ildönümü ərəfəsində bu tədbirlərin keçirilməsi Ermənistanın işğalçılıq siyasətinə biganə münasibətin göstəricisidir.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq, biz 2018-ci ilin fevral ayının 27 və 28-də keçirilməsi nəzərdə tutulan, Azərbaycanın milli maraqlarına zidd olan tədbirləri pisləyir, Avropa Parlamentinin üzvlərini Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa, beynəlxalq hüquq normalarının öhdəliklərinə əməl etməyə çağırırıq.

109 avtomobil geri çağrılır - İki böyük şirkət – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR