İran, Türkiyə, Rusiya prezidentləri görüşəcək

İran, Türkiyə və Rusiya prezidentləri Suriya probleminin həllini müzakirə etmək üçün apreldə İstanbulda görüşəcək.

Metbuat.az-ın məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib ki, hər üç dövlətin problemə baxışında uyğun məqamlar var və prezidentlər daima əlaqə saxlayaraq siyasi addımlarını koordinasiya edirlər.

Prezidentlərin görüşündə həmçinin üçtərəfli iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə mövzusu olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR