Bakı. 27 fevral. REPORT.AZ/ Son 3 ildə "Baku Busines Factory"yə 950-dən çox layihə ilə bağlı müraciət olub. "Report" xəbər verir ki, bunu "Kiçik sahibkrlığa dəstək" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən “Baku Business Factory” (BBF) biznes inkubasiya mərkəzinin İdarə Heyətinin sədri Anar Əskərov deyib.
A.Əskərovun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən BBF-ə yönəldilən bir sıra layihələr də inkubasiya mərkəzi tərəfindən dəstəklənib: "BBF-in göstərdiyi xidmətlər pulsuzdur. Çünki BBF özü sosial layihədir. Əsas məqsədimiz Azərbaycan iqtisadiyyatının şaxələnməsinə dəstək verməkdir. BBF-in dayanıqlığını təmin etmək üçün vençur fondlarının nümunəsindən istifadə edərək gələn ildən uğurlu layihələrdən müəyyən faizlər alacağıq".
BBF rəhbəri qeyd edib ki, hazırda inkubasiya mərkəzinin dəstək verdiyi qadın sahibkarların sayı kişi sahibkarlardan daha çoxdur: "BBF-in qapıları hər kəsin üzünə açıqdır. Əgər kiminsə əlində hazır layihəsi varsa, təkcə sayt vasitəsi ilə deyil, birbaşa ofisimizə yaxınlaşaraq dəstək üçün bizə müraciət edə bilər".