Gecə klubunda ofisiant qadına təcavüz etmək istəyib

Türkiyənin Ortaköy ərazisində yanvarın 7-də baş verən hadisənin təfərrüatları məlum olub.

Metbuat.az xəbər verir ki, iddialara görə, türk vəkil dostu G.S.Y ilə kluba gedən M.M adlı xarici vətəndaş qadın klubun ofisiantının təcavüzünə məruz qalıb.

Qadın ifadəsində tualetin yerini öyrənmək üçün ofisiantdan yardım istədiyini, ancaq ofisiantın ona təcavüz hərəkətləri etdiyini, qışqırdıqdan sonra ərazini tərk etdiyini bildirib.

Məsələ ilə bağlı Ortaköy Polis İdarəsinin müdiri Mustafa Çalışqanın təlimatı üzrə xüsusi polis briqadası axtarışa başlayıb.

İttihamları rədd edən evli və 2 uşaq atası ofisiant həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR