ABŞ hərbçiləri Somalidə "Əş-Şəbab" radikal qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Afrika komandanlığı məlumat yayıb.

Aviareyd zamanı iki yaraqlının məhv edildiyi bildirilir. Aviazərbələr Cilib yaşayış məntəqəsinin yaxınlığında həyata keçirilib.

ABŞ təyyaraləri mütamadi olaraq "Əş-Şəbab" qruplaşmasının mövqelərinə zərbələr endirir.

Qeyd edək ki, qruplaşma İŞİD-lə sıx əlaqədədir.

Milli.Az