O biri dünyadan "MESAJ GƏLDİ"

Misirin paytaxtı Qahirənin Minya şəhərində kəşf edilən 2 min ildən çox tarixi olan qəbiristanlıqdan "o biri dünyadan mesaj verən boyunbağı" tapıldığı iddia olunur.

Metbuat.az bildirir ki, qazıntı işlərini aparan qrupun lideri açıqlamasında hadisəni belə şərh edib:

“Yeni ildən əvvəl qazıntı zamanı bir boyunbağı tapdıq. Həmin boyunbağının üzərində “Xoşbəxt illər” yazılmışdı. Fikrimizcə, bu, o biri dünyadan göndərilmiş bir mesajdır”.

Qeyd edək ki, qəbiristanlıqda 3 ay əvvəl başlayan qazıntı işləri davam etməkdədir. Bu günə kimi aparılan qazıntılar nəticəsində ərazidən 40 daş qəbir, zinət əşyaları, qızıldan bir maska və qab-qacaq tapılıb. Arxeoloji qazıntının 5 il davam etdiriləcəyi planlaşdırılır.

Son 3 həftədə qripdən ölənlərin sayı 50 nəfərə çatdı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR