“Rusiyanın reytinqi "zibil"dən bir pillə yuxarıdır” (VİDEO)

“Rusiyanın reytinqi "zibil"dən bir pillə yuxarıdır” (VİDEO)
07:36 11 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

"Fitch" reytinq agentliyi Rusiyanın reytinqini "BBB" səviyyəsindən "BBB-(minus)" səviyyəsinədək endirib.

ANS PRESS-in məlumatına görə, bu ən aşağı investisiya reytinqidir.

Agentliyin qərarı neft qiymətlərinin enməsi və rublun dəyərinin düşməsi ilə bağlıdır.

"Fitch" həmçinin Qərbin sanksiyalarının mənfi təsirini də qeyd edir. Sanksiyalara görə Rusiya bankları və dövlət şirkətləri xarici kapital cəlb edə bilmir.
Ölkənin reytinqi daha bir pillə azaldılsa Rusiya "Fitch"in "zibil" ("junk") kimi tanınan qeyri-investisiya reytinq zonasına keçəcək.

İqtisadi ekspertlərin fikrincə Rusiyadakı iqtisadi böhrana görə ölkə bu yaxınlarda üç əsas beynəlxalq reytinq agentliyinin bu zonasına keçə bilər.
Rusiyanın "Standard & Poor's" agentliyi ilə reytinqi həmçinin "BBB-(minus)"dur, "Moody's" isə hələ ki daha yüksək "Baa2" reytinqini saxlayır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=318977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR