Ata olmağa hazırlaşan Tarkan evini yenidən təmir etdirir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, meqa-star həm İstanbuldakı, həm də Köln şəhərindəki evini təmirə hazırladır.

Avqustda doğulacaq körpəsinin cinsiyyətini hər kəsdən gizlədən Tarkan otaqları ona uyğun dizayn etdirir. Müğənni həm 3 aylıq hamilə xanımı Pınar, həm uşağı, həm də dayələr üçün ayrı-ayrılıqda otaqlar hazırladır.

Tarkan köhnə mebellərini də yeniləri ilə əvəzlədir.

Milli.Az