Azərbaycanı "Eurovision" mahnı yarışmasında təmsil edəcək Aysel Məmmədovanın musiqi və klipinin təqdimat tarixi məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Yunanıstanın paytaxtı Afına şəhərində lentə alınan klip martın 4-də təqdim ediləcək.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Milli.Az