Xəzər TV də əyləncəli verilişləri dayandırdı

Xəzər Televiziyası da əyləncəli verilişləri dayandırıb.

Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın zamanı 25 nəfərin ölümü ilə əlaqədar Azərbaycanda radio və televiziyalar əyləncəli verilişlərin yayımını dayandırıb. Xəzər Televiziyası da proqram siyasətində dəyişiklik edib.

Xəzər Televiziyasının sözçüsü Aqşin Kamal Metbuat.az-a açıqlamasında bildirib ki, efir proqramında konkret olaraq dəyişiklik edilib:

“Əyləncəli, musiqili verilişlər məhdudlaşdırılıb. Eyni zamanda, Xəzər Media Mərkəzinə daxil olan radiolarda da konkret olaraq şən, templi musiqilərin yayımı dayandırılıb. Bu günə uyğun yayım strategiyası dəyişdirilib”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Telekanallar əyləncəli verilişlərin yayımını dayandırdı – AÇIQLAMA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR