Lider TV də əyləncəli verilişləri dayandırdı

Bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzinində baş vermiş yanğın hadisəsi ilə bağlı Lider TV yayım proqramında dəyişiklik edib.

Bu barədə Metbuat.az-a Lider TV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadova məlumat verib. O bildirib ki, baş verən hadisənin insan ölümü ilə nəticələnməsi hər kəs kimi TV rəhbərliyini və kollektini də dərindən sarsıb. Belə bir məqamda TV əyləncəli və şou xarakterli verilişlərdən imtina qərarı verib.

Qeyd edək ki, baş verən yanğın hadisəsi ilə bağlı ATV, ARB, Space, və Xəzər Televiziyası da yayım proqramında dəyişiklik edərək əyləncəli verilişləri dayandırıb.

Telekanallar əyləncəli verilişlərin yayımını dayandırdı – AÇIQLAMA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR