Yanğın vaxtı tanınmış meyxanaçı da dispanserdə olub?

Meyxanaçı Aydın Xırdalanlının Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalması barədə məlumat yayılıb.

Bildirilir ki, Aydın həmin mərkəzdə müalicə olunur və həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün dispanserdən çıxıb və gec olduğu üçün ora qayıtmayıb.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Aydın Xırdalanlı ilə əlaqə saxlayıb. Meyxanaçı 1 həftə əvvəl xəstəxanadan evə buraxıldığını söyləyib:

“Mən həmin mərkəzin ikinci korpusunda yox, birincidə müalicə olunmuşam. Bir həftədən artıqdır ki, evə buraxılmışam. Yazıblar ki, guya, Vasifin toyuna görə çıxmışam. Belə bir şey yoxdur. Müalicəmi almışam, hər şey qaydasındadır”.

Qeyd edək ki, məlumatı ilk dəfə baku.ws saytı yayıb.

Telekanallar əyləncəli verilişlərin yayımını dayandırdı – AÇIQLAMA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR