Son zamanlar şagirdləri ilə intim münasibətdə olan qadın müəllimlərin sayı artmaqdadır.

Demək olar ki, Amerikada hər həftə qadın müəllim yeniyetmə şagirdi ilə əlxaqsızlıq etdiyinə görə həbs olunur.

Son günlər İngiltərədə də belə müəllimlər çoxalır. Məsələ valideynlər arasında ciddi narahatlığa səbəb olub. Buna görə də "The Sun" ekspertlərdən, psixoloqlardan açıqlama alıb.

Ekspertlər bildirib ki, bu daha çox özünü tənha hiss edən qadınlarda baş verir. Belə ki, özünü tənha hiss edən, intim tələbatı ödənməyən qadınlar azyaşlı oğlanların daha çox ehtiraslı və saf olduğunu düşünərək onları yoldan çıxarırlar. Onlar bir növ ehtiraslarına qurban gedirlər.

Mütəxəssislər valideynləri diqqətli olmağa, övladlarını daima nəzarətdə saxmalağa səsləyib.

Qeyd edək ki, cinsindən, könüllü və ya məcburiliyindən asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq cinayətdir.

Milli.Az şagirdləri ilə intim münasibətdə olan müəllimlərin şəkillərini təqdim edir.

Emin
Milli.Az