2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının treninqi layihəsi çərçivəsində "Trenerlər üçün Treninq"ə başlayır.

Metbuat.az bildirir ki, MSK-dan Trend-ə verilən məlumata görə, treninq gələn həftədən start götürür.

Bildirilir ki, ilk belə treninq martın 5-də keçiriləcək.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçikləri keçiriləcək.