Bakıda baş verən yol qəzasında Gürcüstan vətəndaşı ölüb

Bakıda baş verən yol qəzasında Gürcüstan vətəndaşı ölüb.

Metbuat.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 2-də saat 15 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Beyləqan rayon sakini Süleyman Muradov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Daviti Chubinidzeni vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb – OXUMAQ ÜÇÜN TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR