Eser Yenenler 5 aydır səhnəyə qoyduğu "Tbt"də özəl həyatı ilə bağlı maraqlı etiraf edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor səs-küyə səbəb olacaq sirrini tamaşaçıları ilə bölüşüb.
"Bir qızla sevgili idim. Çox imkanlı idi. Bir gün Baliyə tətilə getmək istədiyini söylədi. Baxdım ki, çox bahalıdır. Bunun üçün bankdan kredit götürdüm. Gedib dincəldik" deyə, söyləyib.
Eserin adını açıqlamadığı xanımın Dila Tarkan olduğu ortaya çıxıb. Cütlük 2016-cı ilin dekabrında Baliyə getmişdi.
Milli.Az