"The Only Way Is Essex" realiti-şousunun ulduzu Keyt Rayt məşhur ingilis futbolçu Rio Ferdinandla birgə yaşamağa başlayıblar.

Milli.Az The Sun-a istinadən bildirir ki, 26 yaşlı model R.Ferdinand, habelə onun iki oğlu və bir qızı ilə birlikdə Mayamiyə yollanıb.

Keyt sevgilisinin oğulları - 11 yaşlı Lorens, 9 yaşlı Teyt və 6 yaşlı qızı Tia ilə çəkilmiş fotoları İnstagram-dak profilində paylaşıb.

Milli.Az