Benzin, yoxsa dizel? - Bu avtomobillərə üstünlük verin

Bu ilin əvvəlindən etibarən dizellə işləyən avtomobillər daha çox satılır. Ekspertlər bunu qeyd edir.

Dizelin qiymətinin ucuz olması bazarda dizellə işləyən avtomobillərə tələbatı artırıb. Bu da həmin avtomobillərin qiymətinin bahalaşmasına səbəb olub. Satıcılar dizellə işləyən avtomobillərin qiymətində 1500-2000 manat bahalaşma müşahidə etdiklərini bildirirlər.

Bəs dizellə işləyən avtomobilin üstünlükləri nələrdir? Məsələni araşdırmaq qərarına gəldik. Avtomobil ustası Əli Sultanov Metbuat.az-a açıqlamasında bildirib ki, dizellə işləyən avtomobillərin üstünlüyü ancaq yanacağın sərfiyatı ilə bağlıdır:

“Benzin 100 km-ə 10 litr işlədirsə, dizel 6 litr işlədir. Dizel yanacağının qiyməti benzinə nisbətdə ucuzdur. İki avtomobilin mühərrikində isə heç bir fərq yoxdur. İkisi də daxili yanma mühərrikidir."

Kimya üzrə elmlər doktoru Əli Yaqubov qeyd edib ki, benzindın fərqli olaraq, dizel yanacaqlarının avtomobilə müəyyən təsirləri ola bilər:

“Dizeldə benzinə nisbətən yüksək molekullu karbohidrogenlər var. Ona görə də, yanma tam gedə bilməyə bilər. Bunu karbon qazının miqdarından bilmək mümkündür. Benzin yanacağı daha təmiz yanacaqdır. Karbohidrogenlər nə qədər aşağı molekulludursa, yanma o qədər daha yaxşı gedir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakı metrosunda yaşanan problemlə bağlı - RƏSMİ AÇIQLAMA! – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR