Play Store

“Azercell”in səhmləri satıldı – 222 milyon avroya

İsveçin “Telia” şirkəti “Azercell Telecom”dakı payını satıb.

Metbuat.az xəbər verir ki, söhbət Şirkətin mobil rabitə operatorunda 51,3%-lik paydan gedir.

Həmin pay 222 mln. avroya (273,5 mln. ABŞ dollarına) Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə satılıb.

Bununla da telekommunikasiya nəhəngi “Telia” Azərbaycan bazarını tərk edib. Qeyd edək ki, oxşar qərar bundan əvvəl Nepal, TacikistanGürcüstanla bağlı qəbul edilib. Hazırda Şirkət Özbəkistan, QazaxıstanMoldovada fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR