Ankara Afinadan Türkiyə bayrağını yandıran şəxslərin saxlanılmasını tələb edir.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir.

XİN-in bəyanatında qeyd olunur ki, rəsmi Ankara, həmçinin martın 5-də sağçı radikal qruplaşmaların etiraz aksiyasında Türkiyə bayrağının yandırılmasını pisləyir:

"Yunanıstan hakimiyyəti Türkiyənin tələblərini dərhal yerinə yetirməli və günahkarları cəzalandırmalıdır".

Milli.Az