Britaniyanın ən məşhur idmançılarından biri, uzun məsafələrə qaçışlarda dördqat Olimpiya çempionu Mo Farah Almaniyanın paytaxtı Berlində irqçiliklə üzləşib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əslən Somalidən olan, Britaniyada cəngavər adı və "ser" titulu almış 34 yaşlı Məhəmməd Muxtar Cama Farah başına gələn insident barədə İnstagram-dakı profilində 47 saniyəlik videotranslyasiya paylaşıb.

Hava limanında olarkən polislərdən biri Mo Farahı itələyərək "Haydı, dayanmayın, ora keçin!" deyib.

Atlet "Canlı yayımdasınız, hamı sizi görür! Məni itələməyin, toxunmayın mənə! söyləsə də, polisin cavabı "Vecimə də deyil" olub.

Əfsanəvi atlet London marafonuna hazırlıq çərçivəsində Münhendən Efiopiyaya yollanırdı.

Berlin hava limanındla mühafizəçi atleti aşağılayıb.

"2018-ci ildə irqçilik zəminində təqiblər görmək çox kədərlidir", - Mo Farah İnstagram-da yahıb.

İdmançının mətbuat katibi deyib: "Mo hesab edir ki, insident sırf irqi zəmində olub və hava limanının təhlükəsizlik xidmətinin əməkdaşlarının onunla belə davranışı ədalətsizlikdir".

Olimpiya Oyunlarında 4 dəfə çempion olmaqla yanaşı, Mo Farah dünya çempionatlarında 6, Avropa çempionatlarında isə 7 dəfə qalib gəlib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əfsanəvi idmançı təhqir olundu - VİDEO - FOTOƏfsanəvi idmançı təhqir olundu