"Pəncərə klubu" Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqlı layihə hazırlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Analar-qızlar" adlı çəkilişdə məşhurlar qızları ilə fotokamera qarşısına keçiblər.

Layihədə xalq yazıçısı Anarın qızı Günel Anarqızı, xalq artisti Təranə Muradova, modelyer Gülnarə Xəlilova, əməkdar artist Tünzalə Ağayeva, aparıcı Dilarə Səlimova və başqaları yer alıblar.

Milli.Az