Avstriyanın paytaxtı Vyanada naməlum şəxs bıçaqla bir qrup insana hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb. Polis hadisə yerini əhatəyə alıb.

Məlumata görə, küçədə piyadalara hücum edən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.