Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi Rıza Çalımbay bu mövsüm Superliqada istədiyi uğuru qazana bilmədiyi üçün komandanın heyətini yeniləməyə qərar verib.

Publika.az xəbər verir ki, baş məşqçi rəhbərlikdən 11 futbolçunun - Rodallega, Kastillo, Bero, Xose Sosa, Kucka, Onazi, Kamil, Pereira, Durica, Hubocan və Uğurun heyətdən göndərilməsini istəyib.

Azarkeşlər isə liqada liderin 14 xal gerisində olan komandanın baş məşqçisinin istefasını tələb edib.

Baş məşqçinin göndərilməsini istədiyi futbolçular yeni alınıb və onların getməsi komandaya ciddi maddi zərər vuracaq. Təəccüb içində qalan rəhbərliyin bu təklifi reallaşdırıb reallaşdırmayacağı müzakirə mövzusu olub.

Zümrüd