"Qəm pəncərəsinin o üzündə"…

Bu günlərdə xalq yazıçısı Anarın 80 illiyinə həsr olunmuş sənətşünaslıq üzrə fəksəfə doktoru Zülfiyyə Eldarqızının "Qəm pəncərəsinin o üzündə" adlı monoqrafiyası işıq üzü görüb. Kitabda Anarın çoxşaxəli yaradıcılığı, kino sahəsi tədqiq olunub.

Metbuat.az xəbər verir ki, uzun illərdir ki müəllif Zülfiyyə Eldarqızı Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimi olub. Hələ uşaq yaşlarından Anarın əsərlərinə

böyük sevgi və maraq göstərib. Müəllifbu əsərlərin hazırda nə qədər müasir və aktual olduğunu öz monoqrafiyasında oxucuya böyük məhəbbətlə çatdırır. Anar məhz o yazıçılardandır

ki, onun əsərləri gənc nəsillər tərəfindən tədqiq olunaraq ədəbi irsimizdə həmişə layiqli yerini tutacaq.Zulfiyyə Eldarqızı hal hazırda İrəvan Dram teatrının aparıcı aktrisalarından biri

kimi çalışır. Bu kitab isə onun80 illik yubiley ərəfəsində olan sevimli yazıçımız Anara töhfəsidir.

Təranə Feyzullayeva/ Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR