Göygöldə ölən və öldürən şəxsin kimliyi məlum olub

Göygöldə ölən və öldürən şəxsin kimliyi məlum olub
10:38 11 Yanvar 2015
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Göygöldə ölən və öldürən şəxsin kimliyi məlum olub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Göygöl rayon prokurorluğundan verilən məlumata görə, ötən gün axşam saat 20:00 radələrində bıçaqlanaraq qətlə yetirilən şəxsin adı məlum olub. Müəyyən edilib ki, bu Gəncə sakini 22 yaşlı Ülvi Əliyevdir. Aparılan araşdrımalar zamanı Ülvi Əliyevin həmyerlisi 22 yaşlı Turqut Məmmədov tərəfindən bıçaqlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Turqut Məmmədov saxlanılıb.

Qeyd edək ki, ötən gün axşam saat 20:00 radələrində Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində üzərində bıçaq zərbələri 20-25 yaşlı gənc oğlan yaralı vəziyyətdə tapılıb. O, xəstəxanaya çatırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Göygöl rayon prokurouluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR