Qarabağda yeni müharibənin SƏBƏBLƏRİ, Azərbaycan Ordusu HƏRƏKƏTƏ KEÇİR... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
196 baxış·17 dəq oxu
ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer Dağlıq
Qarabağ münaqişəsi barədə danışıb. ABŞ kəşfiyyatı 2018-ci ildə
Dağlıq Qarabağda müharibənin başlayacağını proqnozlaşdırıb.
Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı erməniləri məyus edəcək
bəyanat verib. “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir.
İranla nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi
Vaşinqton ondan çıxacaq. Rusiya ABŞ-ı neoimperiya ambisiyasını
nümayiş etdirməkdə ittiham edib. NATO ölkələri Rusiyanın
sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirəcək. KXDR Koreya
yarımadasının denuklearizasiyası üzərində işləmək arzusunu ifadə
edib. Ardınca isə ABŞ prezidenti Donald Trampın KXDR-dən lideri Kim
Çen Inla may ayına qədər görüşə biləcəyi barədə məlumat yayıldı.
İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün İraqla sərhədin
yaxınlıqda böyük gücləri toplayır.
Azərbaycan, Dağlıq Qarabağ
Ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları
üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye
müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir
döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı
Qüvvələrin istifadəsinə verilib, hərbi texnika və avadanlıqların
təmiri və təkmilləşdirilməsi həyata keçirilib. Bu,
Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında
əksini tapıb.
Hesabatda bildirilib ki, ötən il müdafiə xərclərinə dövlət
büdcəsinin 15 faizi həcmində vəsait yönəldilib ki, bu da 2016-cı
illə müqayisədə 429 milyon manat və ya 19.6 faiz, büdcə xərclərinin
tərkibində isə 2016-cı illə müqayisədə 2.6 faiz çoxdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi
plana əsasən, martın 12-dən 17-dək müdafiə nazirinin rəhbərliyi
altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin
iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək.
Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər
zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya
qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif
təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
“Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müdafiəsi
Təşkilatının (KTMT) üzvü deyil, bu üzdən Xankəndinə qurum
tərəfindən hərbi dəstək verilməyəcək”. Bunu KTMT
birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov
deyib.
O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından
İrəvan qarşısında müəyyən öhdəlikləri var.
A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan
quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə
müdaxilə etmək səlahiyyətinə malik deyil.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu
münaqişənin hərbi həll yolu yoxdur. Bunu ABŞ-ın ATƏT
Minsk qrupundakı həmsədri Endrü Şefer deyib.
Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar
prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və
Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək.
Həmsədr: "Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz"
“Amerikanın kəşfiyyat cəmiyyəti belə nəticəyə gəldi
ki, Suriya münaqişəsinin gedişatında prezident Bəşər Əsədin xeyrinə
həlledici uğur qazanılıb və ABŞ-ın dəstəklədiyi müxalifəti artıq
onu devirməyə qadir deyil”. Bu haqda ABŞ Milli
Kəşfiyyat Direktorluğunun İdarəsi tərəfindən çərşənbə günü dərc
edilən "Kəşfiyyat birliyi tərəfindən dünya üzrə təhdidlərin
qiymətləndirilməsi" adlı məruzənin qeyri-məxfi versiyasında
deyilir.
Məruzədə həmçinin Ukraynada daxili qeyri-sabit vəziyyət,
Rusiyadakı prezident seçkilərində Vladimir Putinin qələbəsi və
Dağlıq Qarabağda münaqişənin ciddi eskalasiyası
proqnozlaşdırılır.
Dağlıq Qarabağda MÜHARİBƏ BAŞLAYACAQ, Rusiya isə... – ABŞ kəşfiyyatından PROQNOZLAR
Türkiyə, İran, Yaxın Şərq
Martın 6-da Rusiya və Türkiyə prezidentləri
Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı
olub. Prezidentlər Suriyanın Şərqi Quta bölgəsində
yaranmış böhranı müzakirə ediblər.
Telefon danışığı zamanı R.T.Ərdoğan V.Putini Türkiyə ordusunun
Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə
məlumatlandırıb. Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə
apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin
hazırlıq mərhələsini müzakirə ediblər.
Türkiyənin Rusiyadan S-400 zenit-raket
komplekslərini əldə etməsi NATO-da ciddi qorxulara səbəb
olub. Bu haqda ittifaqın hərbi komitəsinin başçısı
Pyotr Pavelə istinadən “Breaking Defence” nəşri yazıb.
Hərbi-siyasi blokun nümayəndəsinin sözlərinə görə, “S-400”
NATO-nun texnologiyalarına uyğun gəlmir və ittifaqın hava
hücumundan müdafiə sisteminə birləşdirilməmiş ayrı vahid kimi
tətbiq ediləcək. Pavel qeyd edib ki, əsas problem Türkiyədə
NATO-nun hərbi strukturu haqqında operativ informasiya ilə
bağlıdır.
Moskva NATO-ya əsas zərbəni Türkiyədə VURACAQ – Hərbi alyansdan QORXUNC İDDİA
Türkiyə və ABŞ arasında Suriya münaqişəsi üzrə fikir
ayrılıqlarını aradan qaldırmaq üçün komitənin qurulmasından əvvəl
Konqresdə Türkiyə əleyhinə gizli bir toplantı
keçirilib. Konqresdəki mənbələrdən əldə edilən
məlumatlara görə, toplantıda Türkiyənin küncə sıxışdırılması üzrə
planlar müzakirə edilib.
“ABŞ-ın istədiyi olmasa...” - Türkiyəyə qarşı gizli toplantının ŞOK DETALLARI
“Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyat
may ayına qədər bitəcək”. Bu haqda Türkiyənin Xarici
İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
Nazir bundan sonra İraqda PKK terror təşkilatına qarşı
əməliyyatın keçiriləcəyini deyib.
“Əməliyyat İraqdakı seçkilərdən (2018-ci il mayın 12-də İraqda
yerli və parlament seçkiləri keçiriləcək –red.) sonra birgə
keçirilə bilər. Bağdad ilə razılaşma var”, - o vurğulayıb.
Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı yanvarın 2-də
başlayıb. Məqsəd Afrini PKK/PYD/YPJ terror təşkilatından
təmizləməkdir.
Türkiyə KİV-inin yazdığına görə, Türkiyə Silahlı Qüvvələri və
ASO “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə
üçmərhələli planla irəliləyir. Şimal, qərb və cənubdan irəliləyən
birliklər birinci mərhələdə şəhəri mühasirəyə alacaq. İkinci
mərhələdə terrorçuların mövqeləri bombardman ediləcək.
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun
(ASO) Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı
49-cu günündə müvəffəqiyyətlə davam edir. Martın 8-də
Cinderes qəsəbəsinin mərkəzi ələ
keçirilib. Qeyd edək ki, Cinderes Afrində
ən strateji nöqtələrdən hesab olunur.
Türkiyə Silahlı Qüvvələri və ASO martın 9-da Afrinin mərkəzi
hissəsinin sərhədlərinə çatıb. Birliklər həmçinin, Afrinlə Azezi
içməli su ilə təmin edən bəndə nəzarəti təmin edib.
“Zeytun budağı” əməliyyatı çərçivəsində qazanılan
qələbələr Türkiyənin də üzvü olduğu NATO-da ciddi narahatlıq
yaradıb. NATO baş katibinin müavini Rouz Qetemüller
Türkiyədən “Zeytin budağı” əməliyyatının ərazi və zaman baxımından
məhdudlaşdırılmasını istəyib.
"Zeytun budağı” hərəkatında PKK/PYD/YPG
terrorçularının ağır zərbələr alması ABŞ-ı əlavə yollara əl atmağa
məcbur edib. ABŞ 1996-cı ildən Quam adasında xüsusi
təlim verdiyi terrorçuları Afrinə göndərməyə başlayıb.
ABŞ xüsusi hazırladığı terrorçuları Türkiyə ilə döyüşə göndərdi - VİDEO
Türkiyənin ASELSAN və SAGE şirkətləri tərəfindən
istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin sınaqları
uğurla başa çatıb. Türkiyənin Müdafiə Səneysi
Nazirliyindən verilən açıqlamada sistemlərin tezliklə Afrinə
göndəriləcəyi bildirilib.
Rusiya istehsalı olan “S-400”lərlə eyni prinsiplər işləyən
“Akkor Pulat” Afrində davam edən “Zeytun budağı” hərəkatındakı
tanklara birləşdiriləcək. Nazilriyin nümayəndəsi İsmayıl Dəmirin
verdiyi açıqlamaya görə, sistem tanklara qısa müddətdə
uyğunlaşdırılacaq: ““Akkor Pulat” bu anlamda dünyada ilk dəfə
müharibə zonasında istifadə edilən aktiv müdafiə sistemi
olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri
Nurəddin Canikli hərbi zavodlarda 5 km məsafədən nəzarət edilə
bilən sistem üzərində işlədiklərini açıqlamışdı.
ABŞ-ın Türkiyədəki səfirliyinin terror
xəbərdarlığından sonra Ankarada İŞİD terror təşkilatına qarşı
əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 20
şübhəlinin saxlanılması barədə qərar verilib.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də
fəaliyyətini dayandırıb. Bu addımın təhlükəsizlik məqsədi ilə
atıldığı bildirilib.
İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün
İraqla sərhədin yaxınlıqda böyük gücləri toplayır. Bu
haqda “Al-Masdar News” nəşri yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, çox güman ki, terrorçular
Fərat və Xabur çayları boyun üzrə yerləşən əsas rayonları öz
nəzarəti altına qaytarmağa çalışacaqlar. Sözügedən bölgədə kifayət
qədər böyük şəhərlər, həmçinin bir sıra neft yataqları var.
Əgər informasiya düzgündürsə, minlərlə döyüşçünün hədəfi
Deyz-ez-Zor və El-Haseke əyalətlərində yerləşən və ABŞ tərəfindən
dəstəklənən qruplaşmalar (söhbət “Suriya Demokratik Gücləri”ndən
gedir, əsas hissəsini PYD təşkil edir – red.) ola bilər. Nəşr qeyd
edir ki, onların mövqeləri hökumət gücləri və İraq gücləri ilə
müqayisədə kifayət qədər zəifdir.
Bundan başqa, bildirilir ki, İŞİD yenidən qruplaşmağa vaxt
tapıb, çünki ona qarşı duran silahlı qruplaşmaların bir hissəsi
mövqelərini tərk edərək Afrinə yollanıb. Məqsəd burada “Zeytun
budağı” əməliyyatı həyata keçirən Türkiyə Silahlı Qüvvələri və Azad
Suriya Ordusuna qarşı döyüşməkdir.
“Al-Masdar News” əlavə edir ki, Fəratın şərq sahilində yerləşən
səhra rayonlarında (Fəratın şərq sahilinə ABŞ nəzarət edir –red.)
İŞİD-in minlərlə döyüşçüsü qalıb.
“Al-Masdar News”ın xəbəri isə Türkiyənin “Yeni Şəfəq” nəşrinin
irəli sürdüyü iddiaları gücləndirir. Daha əvvəl “Yeni Şəfəq” nəşri
xəbər verib ki, ABŞ dünyaya ““Zeytun budağı” əməliyyatı diqqətləri
İŞİD-lə mübarizədən yayındırır” tezisini yaymağa və İŞİD təhdidi
ilə bağlı təşviş yaratmağa çalışır. Bildirilir ki, “Fərat Qalxanı”
və “Zeytin budağı” hərəkatları ilə planları pozulan ABŞ Türkiyəyə
qarşı İŞİD kartından istifadə etməyə çalışır.
Türkiyəyə qarşı yeni OYUNUN ŞİFRƏLƏRİ – ABŞ əsas “kozır”ının İŞƏ SALIR
Suriyada Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsi
qəzaya uğrayıb. Bu haqda Rusiya Müdafiə Nazirliliyindən
bildiriblər. İlkin məlumatlara görə, təyyarənin
içində 26 sərnişin və ekipajın altı üzvü var idi. Onların hamısı
həlak olub. Qəza Xmeymim aerodromuna eniş zamanı, yerli vaxtla saat
15:00-da baş verib.
İlkin informasiyaya görə, qəzanın səbəbi texniki nasazlıq ola
bilər. Təyyarəyə atəş açılmadığı bildirilir. Müdafiə Nazirliyinin
komissiyası qəzanın bütün mümkün versiyalarını öyrənəcək.
Tehrandan İran-Türkiyə münasibətlərinin
gərginləşdirəcək növbəti bəyanat gəlib. İranın dini
lideri ayətullah Əli Xameneinin hərbi məsləhətçisi general Yəhya
Rəhim Səfəvi Türkiyəni Suriyanın ərazi bütövlüyünü pozmaqda ittiham
edib.
“Zeytin budağı” hərəkatı çərçivəsində Suriyanın Afrin bölgəsində
daxil olan türk əsgərlərini “işğalçı” adlandıran hərbi məsləhətçi
hərəkatın mümkün qədər tez dayandırılmasını gözlədiklərini
bildirib.
Xatırladaq ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyi
Ankaradan yanvarın 20-də başlayan “Zeytun budağı” hərəkatının
dayandırılmasını tələb edib.
Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə
üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək.
Bu haqda diplomatik mənbəyə istinadən “Milliyət” qəzeti
bildirib.
ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin
“Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz
axtarışlarına başlayacaq. “Milliyyət” nəşrinin
yazdığına görə, həmin tarixə kimi Kipr problemi həll edilməsə,
yaxud da adanın təbii ehtiyatlarının hər iki tərəfə (adanın yunan
və türk hissəsi – red.) aid olduğuna dair Ankaranın tezisi qəbul
edilməzsə, Şərqi Aralıq dənizində Türkiyə və ABŞ-ın döyüş gəmiləri
qarşı-qarşıya gələ bilər.
Bu, əsl qiyamət olacaq: Türkiyə və ABŞ-ın döyüş... - TARİX AÇIQLANDI
İsrail Rusiya ilə İran bölmələrinin Colan təpələrinə
yaxınlaşmayacağı barədə zəmanətləri müzakirə edir. Bu
haqda İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini
Aleksandr Ben-Svi bildirib.
Müharibə başlaya bilər - İsrail Rusiyadan ZƏMANƏT İSTƏDİ
ABŞ-ın Suriyadakı əməliyyatlarının müddəti uzana
bilər. Bu sözləri Pentaqon nümayəndəsi, general
Adrian Rankin Hollavey jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın
müttəfiqi olaraq qalacaq:
“ABŞ Suriyada öz məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin
daha da gərginləşməsi işi mürəkkəbləşdirir”.
ABŞ Prezident Administrasiyası Suriya hakimiyyətinə
qarşı yeni hərbi aksiyaları nəzərdən keçirir.
“Vaşinqton Post” qəzeti Trampın öz müşavirlərindən Əsədin kimyəvi
hücuma görə necə cəzalandırılması gərəkdiyi barədə variantlar
təqdim etmələrini istədiyini yazıb. Prezidentin təşkil etdiyi
xüsusi iclasda Administrasiya rəhbəri Con Kelli, Milli
təhlükəsizlik üzrə müşavir Herbert Makmaster və Müdafiə naziri
Ceyms Mettis iştirak edib. İclas zamanı Mettis hərbi hücuma qarşı
çıxıb, Makmaster isə bunu tam dəstəkləyib.
ABŞ Müdafiə Nazirliyi yayılan informasiyanı tam təkzib edib.
Qeyd edək ki, ABŞ sonuncu dəfə Suriya hökumətinə keçən ilin
aprelində hücum edib. Əsəd rejiminə aid olan bazaya 59 qanadlı
raket endirilib.
Əgər İranla nüvə razılaşmasına yaxın zamanlarda
baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Bunu
jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Maykl Pens
söyləyib.
“Ağ Ev indiyə qədər İrana münasibətdə yenidən məhdudlaşdırıcı
tədbirlərə yönəlməkdən çəkinib. Bununla da biz nüvə razılaşması
ətrafında yaranan fikir ayrılığını həll etməyə çalışmışıq. Bu,
onların son şansıdır. Əgər İran nüvə razılaşmasına yaxın zamanlarda
baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Vaşinqton heç bir zaman
imkan verməyəcək ki, İran nüvə silahına sahib olsun” – deyə o
bildirib.
Avropa və ABŞ nüvə razılaşmasının şərlərini pozub və
buna görə də Tehrana öz şərtlərini diktə etmək haqqına sahib
deyillər. Bunu “Etemad” qəzetinə müsahibəsində İran
Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
“Hazırda iki tərəf nüvə razılaşmasının şərtlərini pozub. Bunlar
ABŞ və Avropadır. Amerikalılar bunu Vaşinqtonun siyasətinə görə,
avropalılar isə ABŞ-ın siyasətinə görə pozublar. Avropa verdiyi
sözlərə əməl etməyib”, – deyə o bildirib.
Qeyd edək ki, Prezident Tramp ABŞ-ın İranla nüvə razılaşmasından
çıxacağı barədə bir neçə dəfə bəyanat səsləndirsə də, Avropa etiraz
edirdi.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada
vəziyyətin destabilizasiyasına yönəlib. Bu haqda
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey
Ryabkov bildirib.
“Hər halda müəlliflər və sanksiyaların icraçıları bu və ya digər
sözlərin altında əsl hədəfi gizlətməyə çalışırdılar. Əslində,
onların hədəfi yalnız bizim daxili işlərimizə qarışmaq deyil, həm
də ölkədə vəziyyətin dərin destabilizasiyası istiqamətində iş
aparmaqdır”, - diplomat deyib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın sanksiyaları altında Rusiya
iqtisadiyyatının əsas sahələri üzrə 422 hüquqi şəxs var.
Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl
ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq
polkovnik Sergey Skripal naməlum maddə ilə
zəhərlənib. “Sky News” kanalının xəbərinə görə, onun
vəziyyəti hazırda kritikdir.
Kanal qeyd edir ki, əgər Britaniya müstəntiqləri bu işdə
“Kremlin əli”ni aşkar etməyi bacarsalar, bu onsuz da sərin olan
Moskva-London münasibətlərinə ciddi zərər verə bilər. Xəbərə görə,
bir gün əvvəl ticarət mərkəzində halı pisləşən iki nəfər 66 yaşlı –
Sergey Skripal və gənc qadın xəstəxanaya çatdırılıb. Qadının
kimliyi açıqlanmır. Polis hazırda hadisənin keçmiş Rusiya casusunu
öldürmək cəhdinin və bu hadisədə ümumiyyətlə, cinayət tərkibinin
olub-olmadığını araşdırır.
“Kremlin əli”, yoxsa... – Rus agentlərini satan polkovnikin ACI SONLUĞU
Rusiya Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi
sanksiyalardan yaxasını qurtarmaq istəyir. Bunu ABŞ
Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı ABŞ Milli
Kəşfiyyatının direktoru Daniel Kots deyib. Onun sözlərinə görə,
Rusiya bu sanksiyaları dəlməklə Qərbin birliyini pozmağa və onun
Ukrayna ilə bağlı mövqeyini zəiflətməyə çalışır:
“Moskva antiamerika baxışlarını genişləndirir və bununla da
demokratik proseslərə zərbə endirmək istəyir. Bunun üçün Rusiya
təsir əməliyyatlarından yararlana bilər. Belə ki, çətinləşən indiki
şəraitdə bu cür vəziyyət bahalı deyil və az risklidir.
Rusiya ABŞ və Avropadakı müttəfiqləri arasında münasibətləri
zəiflətməyə, bununla da sanksiyalardan qurtulmağa çalışır. Rusiya
dayanmayacaq və 2018-ci ildə daha cəsarətli və dağıdıcı
kiberəməliyyatlar aparacaq”.
Sanksiyalar siyahısının genişləndirilməsi güc deyil,
zəiflik əlamətidir. Bunu Rusiya prezidenti Vladimir
Putin Vladimir Solovyevin “Dünya nizamı 2018” filmində
söyləyib.
Onun sözlərinə görə, sanksiyalarınn hədəfi Rusiyanın
güclənməsinin qarşısını almaqdır.
“Bu, şərəfsizlikdir” – Putindən zəhərli MÜSAHİBƏ
Rusiyaya qarşı yaxın bir həftə ərzində yeni
sanksiyalar elan edilə bilər. Bunu jurnalistlərə
açıqlamasında ABŞ Milli Kəşfiyatının rəhbəri Daniel Kots söyləyib.
Onun özlərinə görə, hələlik bu sanksiyalar nəzərdən keçirilir.
Qeyd edək ki, ABŞ Maliyyə naziri Stiven Mnuçin də yaxın bir neçə
həftə ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə
biləcəyini demişdi.
NATO-nun Şərqi Avropadakı qoşunlarının sayı hazırda
12 min nəfərdir. Bunu Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi
general-polkovnik Anatoli Sidorov söyləyib. Onun sözlərinə görə,
KTMT-yə ən böyük təhdidlərdən biri Ukraynadakı gərgin
vəziyyətdir.
O, Şərqi Avropada NATO qüvvələrinin sayının artmasını Rusiya və
Belarusa təhdid adlandırıb.
NATO ölkələri Rusiyanın sərhədlərində genişmiqyaslı
hərbi təlimlər keçirəcək. Bu haqda ABŞ-ın Dəniz
piyada qoşununun korpus komandiri, general Robert Neller
bildirib.
General qeyd edib ki, təlimlərdə təxminən 45 min nəfər iştirak
edəcək. Onun sözlərinə görə, təlimlər oktyabrda başlanacaq. Rusiya
sərhədlərinin yaxınlığında, Norveçin sahillərində keçiriləcək
təlimlərə onlarla gəmi və təyyarə, həmçinin maşın-amfibiyalar cəlb
ediləcək.
“Əminik ki, Rusiya tərəfdən demarşlar olacaq”, - general
deyib.
Qeyd edək ki, NATO ölkələri 2014-cü ildə Krımın Rusiyaya
birləşməsindən sonra Avropada hərbi fəaliyyətini genişləndirməyə
qərar verib.
ABŞ Rusiyanın istənilən hücumuna cavab verə
bilər. Bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı
Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Hayten
söyləyib.
“Biz bütün təhdidlərə cavab verməyə hazırıq və heç kim bundan
şübhə etməməlidir. Rusiya ABŞ-a kütləvi hücumdan başqa heç nə edə
bilməz. Onlar hələ də bilmirlər ki, bizim sualtı qayıqlarımız
harada yerləşir. Bu sualtı gəmilər onların ölkəsini məhv etməyə
qadirdirlər”, – deyə o bildirib.
ABŞ başqa ölkələrin daxili işlərinə qarışaraq
neoimperiya ambisiyasını nümayiş etdirir. Bu haqda
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Amerikalılar bildirirlər ki, başqa ölkələrin daxili işlərinə
müdaxiləni azadlıq və demokratiya üçün edirlər. Biz belə fəlsəfəni
qətiyyən bölüşmürük. Mən belə yanaşmaları tamamilə neoimperiya
ambisiyası hesab edirəm”, - nazir deyib.
Lavrov həmçinin əlavə etdi ki, Rusiya tərəfi oxşar hərəkətlərlə
məşğul olmağa hazırlaşmır.
ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olan polad
və alüminium barədə çoxdan gözlənilən qərarı qəbul
edib. Məlumata görə, ölkəyə idxal olunan polad və
alüminium üçün Meksika və Kanada istisna olmaqla digər ölkələrdən
gömrük vergisi tətbiqinə başlanılıb.
Beləliklə, ABŞ-a polad idxal edən ölkələr 25 faiz, alüminium
idxal edən ölkələr isə 10 faiz gömrük vergisi ödəyəcəklər.
Qlobal savaş 00:30-da RƏSMƏN BAŞLAYIR
Avropa Birliyi ABŞ-la ticarət müharibəsinə
hazırlaşmır, ancaq ABŞ ticarət öhdəlikləri tələb edəcəyi halda
cavab tədbirləri görməyə məcbur olacaq. Bu sözləri
Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali
nümayəndəsi Federika Moqerini deyib.
“Düşünürəm ki, bu, hər iki tərəf və bütün dünya üçün fəlakət
olardı. Biz birlikdə dünya ticarət həcminin 30 faizini təşkil
edirik. Dünyaya, dünya iqtisadiyyatına, ABŞ və Avropaya bu lazım
deyil. Biz bunu istəmirik və bu olmayacaq”, - Moqerini
bildirib.
Moqerini həmçinin Trampın hər hansı bir həmləsi qarşılığında
cavab veriləcəyini qeyd edib.
Koreya böhranı
Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya
yarımadasının denuklearizasiyası üzərində işləmək arzusunu ifadə
edib. Bu haqda Cənubi Koreya prezidentinin
administrasiyasının xəbərində deyilir.
Pxenyan geri çəkildi - Nüvə silahından bu şərtlə imtina edəcək
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim
Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq
verib. Bu barədə Cənubi Koreya prezidentinin müşaviri
Çon In Yön bildirib.
"Prezident Kim Çen Inla may ayınadək görüşə razılıq verib", -
deyə Çon In Yön bildirib.
"KXDR vədlərini konkret işlərlə həyata keçirməyincə təzyiq davam
etdiriləcək", - deyə o əlavə edib.
Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini görüşə dəvət
edib.
CNN telekanalı bildirib ki, Vaşinqtonda səfərdə olan Cənubi
Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair
məktubunu Donald Trampa təqdim edib.
"Şimali Koreya nüvə və raket sınaqları
keçirməyəcək". Bu sözləri bir neçə gün əvvəl Cənubi
Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön ilə
danışıqlar zamanı Şimali Koreya lideri Kim Çen In bəyan edib. O
bildirib ki, ABŞ prezidenti ilə təkbətək görüş keçirəcək.
Mətbuata məlumat verən Cənubi Koreya prezidentinin təhlükəsizlik
üzrə müşaviri Çon In Yön onu da əlavə edib ki, bu barədə ABŞ
prezidenti Donald Trampa da məlumat verilib: "Mən prezident Donald
Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o,
Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu
ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları
keçirməyəcəyini vəd edib".
Şimali Koreya lideri Kim Çen İnlə danışıqlar
aparılması barədə qərarı ABŞ Prezidenti Donald Tramp şəxsən qəbul
edib. Bu barədə ABŞ Dövlət katibi Reks Tillerson
danışıb.
“Bu qərarı prezident şəxsən qəbul edib. Mən səhər tezdən onunla
qərarı barədə danışdım. Bizim çox yaxşı söhbətimiz baş tutdu.
Prezident Tramp bir neçə dəfə danışıqlara açıq olduğunu söyləyib və
bu şəraitdə məmnuniyyətlə Kim Çenlə görüşəcək. Məncə prezident
artıq bunun vaxtının çatdığını düşünür”, - Tillerson bildirib.
Ukrayna
“Rusiya Ukrayna və Baltikyanı ölkələrə qarşı
müharibə barədə fikirləşir. Bunun üçün artıq ordunun yerinin
dəyişdirilməsinə başlanılıb”. Bu haqda öz
tədqiqatında ABŞ-ın “Institute for the Study of War” analitik
mərkəzi bildirib.
Qeyd edilir ki, Kreml Rusiya-Ukrayna, həmçinin Baltikyanı
ölkələrlə (Estoniya, Latviya, Litva –red.) sərhəd boyu bir neçə
hərbi bölmə yerləşdirib.
“Ukrayna ilə sərhəddə üç mexanikləşdirilmiş, Baltikyanı
regionunda isə yalnız bir desant bölməsi yerləşdirilib. Bu,
genişmiqyaslı mexanikləşdirilmiş müdaxilə üçün optimaldır”, -
sənəddə deyilir.
Analitiklər ABŞ-ı və müttəfiqləri Rusiyanın hərbi hərəkətlərinin
ən ehtimal edilən ssenarilərini öyrənməyə və NATO-nun
müttəfiqlərini Rusiya mümkün təcavüzündən müdafiəsi üçün lazımı
olan tədbirləri təkrar gözdən keçirməyə çağırıb.
Daha əvvəl Ukrayna KİV-i yazıb ki, Rusiya və Ukrayna arasında
qaz müqavilələrinin pozulması vəziyyətin idarəolunmaz hala
gəlməsinə, nəticədə, Kiyev və Moskva arasında münasibətlərin
gərginləşməsinə səbəb ola bilər.