İrəvana sonuncu MESAJ, yaxın vaxtlarda ƏRAZİLƏR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
197 baxış·6 dəq oxu
Azərbaycan ABŞ-a nota verib. Azərbaycan Ordusu
genişmiqyaslı hərbi təlimlərə başlayıb. İsrail İranı dünyaya
dominatlıq edəcək imperiya qurmağa cəhd göstərməkdə ittiham edib.
"Zeytun Budağı" hərəkatı çərçivəsində 3-cü mərhələ başlayır. İsrail
ordusu ölkə miqyasında “böyük müharibəyə hazırlıq” çərçivəsində
təlimlərə başlayıb. Koreya Xalq Demokratik Respublikasının lideri
ABŞ-la sülh müqaviləsini imzalamaq və iki ölkə arasında diplomatik
münasibətləri qurmaq arzusunu ifadə edib.
12-17 mart tarixlərində Azərbaycan Ordusu
genişmiqyaslı hərbi təlimlər keçirəcək. Ali Baş
Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən
təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər
zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya
qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif
təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Azərbaycan
Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə
barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün
hərəkətə keçəcəyini göstərir.
Ordumuz 25 min əsgərlə hərəkətə keçdi - İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI
Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistanın
Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana
Sənədi əsasında öhdəliklər daşıması deyəsən indi yadına
düşüb. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, BMT Nizamnaməsi, Helsinki Yekun aktı və
digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini
kobud şəkildə pozaraq Ermənistan Azərbaycana qarşı gücdən istifadə
edərək Azərbaycan ərazilərini işğal edib:
XİN: Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən təlim ATƏT sənədinə uyğundur
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış
qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın
ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi
təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı
səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı
etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan
Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş
keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.
Türkiyənin Afrində keçirdiyi "Zeytun Budağı"
hərəkatının 52-ci günündə növbəti, 3-cü mərhələyə keçib
başlandı. Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya
Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatının 3-cü
mərhələsində Afrin sakinlərinin mərkəzi tərk etmələri üçün
təhlükəsizlik tədbirləri görülüb.
Növbəti mərhəldə dinc sakinlərin Afrinin mərkəzində yerləşən
yaşayış məntəqələrindən çıxarılacaq və türk ordusunun PKK terror
qruplaşmasının üzvlərinə qarşı digər məhvedici taktikalar icra
olunacaq.
Türkiyə ilə ABŞ arasında Menbiç məsələsində razılıq
əldə edilib. Bununla bağlı “Vaşinqton Post” nəşri
məlumat yayıb.
Bildirilib ki, razılaşma ABŞ və Türkiyə nümayəndələri arasında
ötən həftə Vaşinqtonda baş tutan görüşdə əldə edilib.
Razılaşmaya əsasən, ABŞ YPG terrorçularını Fərat çayının şərqinə
yerləşdirəcək. Bunun qarşılığında isə Ankara ABŞ-ın Suriyadakı İŞİD
hədəflərinə qarşı hava hücumlarında İncirlik bazasından
istifadəsinə icarə verəcək.
Britaniya, Almaniya və Fransa ABŞ Prezidenti Donald
Trampa İranla imzalanan nüvə razılaşmasına kosmetik dəyişikliklər
edilməsini təklif edib. Bu barədə informasiyanı
“Axios” saytı yayıb.
Avropa ölkələrinin məhz hansı dəyişiklikləri təklif etdiyi
açıqlanmayıb. Tramp Avropa liderlərinin bu təklifini qəbul etməyib
və sənədə ciddi dəyişikliklər edilməsini istəyib.
Qeyd edək ki, Tramp nüvə razılaşmasına dəyişikliklər
edilməyəcəyi təqdirdə ABŞ-ın bu müqavilədən çıxacağını
bildirib.
Rusiya ABŞ-ın və Qərb dünyasının yeganə müttəfiqi
sayılır və özünü əsl rəqibləri olan İran, Türkiyə və Çindən
qorumalıdır. Bu sözləri ABŞ Prezidenti Donald Trampın
keçmiş siyasi və strateji müşaviri Stiven Bennon deyib.
“Soyuq müharibə” dövründə ruslarla döyüşmüşəm. Mən sualtı
qayıqda zabit kimi çalışdım. Daha sonra Pentaqonda Rusiyanı
silahsızlaşdırmasında iştirak etdim. Mən ruslarla tanışam və mən
bilirəm ki, Rusiyanın iqtisadiyyatı İtaliyanın və Nyu York ştatının
iqtisadiyyatından zəifdir. Rusiya bizə təhlükə yaratmır. Əksinə, o
bizim yeganə müttəfiqimizdir”, - sabiq müşavir bildirib.
O bildirib ki, Kremlin əsas rəqibləri Pekində, Tehranda və
Ankaradadır:
“Krımın işğal edilməsindən dolayı narahat olmağa dəyməz. Əsas
diqqəti Böyük İpək yoluna, bu yolun birləşdirdiyi və keçmiş
savaşlardan çıxan Çin, Türkiyə və İran kimi böyük dövlətlərə
yönəltməliyik. Bu mədəniyyətlər bizim yəhudi-xristian kültürünə
yaddır”.
“Amerika generalları özlərinin güclü strateji sualtı
qayıqları haqqında lovğa-lovğa danışa bilərlər, amma zərbəni
vurmağa heç vaxt cürət etməyəcəklər”. Bunu ABŞ
Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con
Haytenin bəyanatını şərh edən hərbi ekspert Viktor Litovkin “Ulduz”
telekanalına açıqlamasında deyib.
ABŞ Meksika və Kanada arasında kanala çevriləcək – Rusiyadan TƏHDİD
Avropada hərbi Şengenin yaradılması NATO-nun
fəaliyyəti üçün yeni prioritet olub. Bunu “Krasnaya
Zvezda” qəzetinə müsahibəsində Rusiya Müdafiə nazirinin müavini
Aleksandr Fomin deyib.
“Avropanın artıq müəyyən yerlərində hərbi qrupların operativ
hərəkəti üçün müxtəlif silah ehtiyatı yaradılır. Əsas koordinasiya
mərkəzləri isə Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Slovakiya,
Litva, Latviya və Estoniya seçilib”, – deyə o bildirib.
İsrail ordusu ölkə miqyasında “böyük müharibəyə
hazırlıq” çərçivəsində təlimlərə başlayıb. Dünən
yerli vaxtla saat 19:00-da başlayan təlimlər 7 gün davam
edəcək.
İsrailin müdafiə naziri Aviqdor Liberman keçən ay verdiyi
açıqlamasında Livanın “Hizbullah” hərəkatı müharibəyə başlayarsa,
İsrailin bütün gücündən istifadə edəcəyini və quru qüvvələrinin
Livana girəcəyini bildirmişdi. O, bütün Beyrutun sığınacaqlarda
olacağını söyləmişdi.
Böyük müharibəyə HAZIRLIQ BAŞLADI – Açıq şəkildə elan ETDİLƏR
İran Yaxın Şərqdə dünyaya dominatlıq edəcək imperiya
qurmağa cəhd edir. Bunu “Foks Nyus” televiziyasına
müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“İran aqressiv imperiya yaratmağa cəhd edir. Bu ölkə öz xalqını
respressiyalara məruz qoyur və Yaxın Şərqi ələ keçirərək, dünyaya
dominantlıq etmək istəyir. Qlobal terrorizmin sponsoru olan ölkə
nüvə silahı hazırlamağa cəhd edir. Bunun qarşısını almaq lazımdır”,
– deyə o bildirib.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri
Kim Çen In ABŞ-la sülh müqaviləsini imzalamaq və iki ölkə arasında
diplomatik münasibətləri qurmaq arzusunu ifadə edib.
Bu haqda Cənubi Koreya prezidentinin administrasiyasındakı yüksək
vəzifəli mənbəyə istinadən yerli “Tina İlbo” qəzeti bildirib.
Nəşrin həmsöhbətinin sözlərinə görə, dövlət başçısını ABŞ-la
münasibətləri sabitləşdirmək arzusunu Cənubi Koreyanın nümayəndə
heyətiylə görüşdə ifadə edib.
“Kim Çen Inın son məqsədi ABŞ-la sülh müqaviləsini imzalamaq və
Pxenyanda Amerika səfriliyinin açılışı da daxil olmaqla, normal
diplomatik münasibətlər qurmaqdır”, - mənbə söyləyib.
Daha əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla
görüşməyi təklif edib. Vaşinqton görüşə razılıq verib. Ağ Evdən
bildiriblər ki, görüşün vaxtı və yeri daha sonra
uyğunlaşdırılacaq.