İnstaqramda hamının istifadə etdiyi...

İnstaqram bir yeniliyi aradan qaldırıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, İnstaqram bir müddət öncə çox istifadə edilən hekayələr hissəsinə GIF, yəni hərəkətli fotolar yüklənməsinə icazə vermiş və bu yeniliyi istifadə edənlər arasında böyük sevinc yaratmışdı. Amma bu gün İnstaqram istifadəçiləri bir şok yaşadı, çünki Hekayələr hissəsində GIF yoxdur.

Bəyənilərək istifadə edilən bu xüsusiyyətin qaldırılmasının səbəbi məlum olub . Giphy adlı bir vasitəçi təşkilat üzərindən GIF istifadəsinə imkan tanıyan İnstaqramirqçi görüntülərin yer aldığına görə bu xüsusiyyətini aradan qaldırıb.

İnstaqramın yaradıcısı Kevin Systrom məsələ ilə bağlı açıqlama verib. GIF görüntülərinin təkrar nəzərdən keçirilərək sistemə yüklənəcəyini bildirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR